Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


18.01.2018  11:46 

Cahangir Hacıyevin “sağ əli“ xaricdə yaxalanıb, Bakıya gətirildi





A+  A-

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dövlət bankından milyardlarla dolları talamaq üçün qurduğu sxemin əsas fiqurlarından biri Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub.
XəzərNews.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Emin Sadiqin yanvarın 13-də Bakıya ekstradisiya olunduğu bildirilir.

İstintaqın versiyasına görə, E.Sadiq Cahangir Əsgərovun və Beynəlxalq Bankın işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı "MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq "MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Xatırladaq ki, bundan əvvəl virtualaz.org Emin Sadiqin işi üzrə bir neçə araşdırma dərc etmişdi. Məlum olmuşdu ki, Cahangir Hacıyev biznesmen Hafiz Məmmədova məxsus "Bahar Energy” şirkətini reyder üsulu ilə ələ keçirdikdən sonra şirkətin faktiki talanmasını Emin Sadiqə həvalə edib.

Həmin vaxta qədər Emin Sadiq BP şirkətində işləmişdi və oradan yol verdiyi xidməti pozuntulara görə qovulmuşdu. Lakin Azərbaycan və Böyük Britaniya vətəndaşı olan Emin Sadiq tezliklə "Bahar Energy” şirkətinə başçılıq etməyə başladı. Təyinatının ilk ayları ərzində şirkətdən bütün mütəxəssisləri işdən azad etdi, öz dostlarını və tanışlarını şirkətə gətirib onlara böyük pullar verməyə başladı. Məsələn, Emin Sadiqin şəxsi katibəsi Ukraynadan olan tanınmış model Ninel Kolomoytseva idi

Emin Sadiq həmçinin Bakıdakı "Lacoste” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. Həmin mağazalar şəbəkəsini Britaniya vətəndaşlığını alandan sona açmışdı.

Xəbər 3228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +