Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?
Azərbaycanlılara hücum var, onları gizlədin - Çeçenlərə çağırış
Kazino oyunlarının təşkili üçün hüquqi əsas yaradılır
Türkiyəyə qaçan deputat hava limanında saxlanıldı
Avropa Parlamentinin deputatı Bakıdan nə gözləyir?
“İndi İrəvanın taleyi Bakıda həll olunur“ - Zahid Oruc
Müəllim yetimləri zorlayaraq porno film çəkib


17.01.2018  18:12 

General oğluna hökm oxundu





A+  A-

Bu gün Binəqədi rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucovun və hadisə zamanı onun yanında olan Kənan Vəliyevlə Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Rəşad Əliyevin icraatında olan prosesdə P.Abbasov son söz deyərək ona bəraət verilməsini istəyib. Məhkəmə kollegiyası hökmü elan etmək üçün müşavirəyə çıxıb.

Bu gün hökm oxunacaq.

Qeyd edək ki, bu il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Qeyd edilməlidir ki, R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.

Faktla bağlı 2017-ci il 4 iyul tarixində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər təqsirləndirilənlər - K.Vəliyev və P.Abbasov isə həbs edilməyib, onlar polisin nəzarətinə verilməklə azadlığa buraxılıblar.
Qeyd edək ki, R.Orucovun atası general-mayor Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olub, bu hadisədən sonra prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilib.

***

Məhkəmə kollegiyasının hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər – K.Vəliyev və P.Abbasov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalında həbs edilib.

Xəbər 3051 dəfə oxunub.




08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi


BÜTÜN XƏBƏRLƏR +