Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?
Azərbaycanlılara hücum var, onları gizlədin - Çeçenlərə çağırış
Kazino oyunlarının təşkili üçün hüquqi əsas yaradılır
Türkiyəyə qaçan deputat hava limanında saxlanıldı
Avropa Parlamentinin deputatı Bakıdan nə gözləyir?
“İndi İrəvanın taleyi Bakıda həll olunur“ - Zahid Oruc
Müəllim yetimləri zorlayaraq porno film çəkib


17.11.2017  16:43 

“Kontakt Home”dan növbəti DƏLƏDUZLUQ - FOTO





A+  A-

"Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı daha bir narazılıq yaranıb.
XəzərNews.az-ın məlumatına görə, Sumqayıt şəhər sakini Anar Nağıyev BakuPost.az-a müraciət edərək bildirib ki, şirkətin servis xidmətinə salamat verdiyi telefonunu ona qırıb qaytarıblar. Şikayətçi iddia edir ki, servis xidməti ondan xəbərsiz yeni akt tərtib edib, əvəzinə imza atıblar.

"Bu ilin aprel ayında "Kontakt Home”un Sumqayıt filialından kreditlə "Hoffman” telefonu aldım. Alan gündən xarab çıxdı, normal işləmədi. Şəbəkəsi tez-tez itirdi. İyulun 10-da servisə verdim, akt tərtib olundu. Aktda qeyd olunur ki, telefonun göndərilmə səbəbi şəbəkənin tez-tez itməsidir. Telefonun xarici görünüşü ilə bağlı da sadəcə "korpusda rənggetmələr var” yazılıb.

Bir müddət sonra getdim telefonumu götürməyə, gördüm ki, sınıq-sınıqdır. Dedim ki, mən sizə belə telefon verməmişəm axı, özü də sizin verdiyiniz aktda da qeyd olunub hamısı. Mənə verdikləri cavabdan şoka düşdüm. Dedilər ki, ayın 20-də yenidən akt tərtib etmişik. Sənə verilən sənəd qüvvədən düşüb. Deməli, mən verəndən sonra telefonu qırıblar, ona görə də mənə verilən aktı qüvvədən salmaq üçün mənim xəbərim olmadan yenisini tərtib ediblər”, - deyə A. Nağıyev vurğulayıb.

Şikayətçinin sözlərinə görə, o, "Kontakt Home”un "Qaynar xətt”inə də müraciət edib. "Qaynar xətt”in əməkdaşları A. Nağıyevə bildirib ki, əgər belə bir hal təsdiqini taparsa, o, yeni telefonla təmin olunacaq. Lakin sonradan qeyd olunub ki, telefon verilməyəcək və şikayətçi problemini mağaza ilə həll etməlidir.

Məsələ ilə bağlı "Kontakt Home”un mövqeyini öyrənmək istəsək də, bizimlə əlaqə saxlanılacağı, bununla bağlı açıqlama veriləcəyi bildirildi, lakin 2 gün keçməsinə baxmayaraq heç bir açıqlama verilmədi.

Yazı yayıma hazırlanan vaxt, öyrəndik ki, şirkətdən şikayətçiyə zəng edərək, ona yeni telefon veriləcəyi bildirilib.

Qeyd edək ki, sözügedən mağazalar şəbəkəsi ilə bağlı şikayətlər demək olar ki, hər gün müzakirə mövzusuna çevrilir. Xarab telefonların satılmasından tutmuş, servis xidmətinin demək olar ki, göstərilməməsi, müştərilərin aldadılmasına kimi hər növ dələduzluq əməli törədilir. Ən ciddi məsələ isə məhkəmə qərarı olmadan kreditlə satılan telefonların İMEİ kodlarının bağlanmasıdır. Şirkət səlahiyyətində olmayan, əslində cinayəət hesab olunan bu əməli ilə yüzlərlə vətəndaşa problemlər yaradır. Bu məsələlər dəfələrlə mətbuatın gündənminə çıxarılsa da, təəssüf ki, hələ bir ölçü götürülməyib.


Xəbər 3224 dəfə oxunub.




08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi


BÜTÜN XƏBƏRLƏR +