Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


21.10.2017  15:54 

Rusiyanın 33 ton pomidoru Azərbaycana qaytarmasının səbəbi





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycandan Rusiyaya aparılan 33 ton pomidorun idxalına icazə verilməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycanın Dövlət Fitosanitar Nəzarəti Xidmətinə rəsmi məktub ünvanlayaraq, Azərbaycandan Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında və bu məhsulun müşayiətedici sənədi olan fitosanitar sertifikatın əlavə deklarasiya bölməsində məhsul istehsalçısının adının və ünvanının qeyd edilməsi tələbini qoyub.

Qeyd olunur ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin bu müraciəti Dövlət Xidmətinə oktyabrın 17-də daxil olub: “Sözügedən pomidor məhsulu isə oktyabrın 16-da ölkədən ixrac edildiyi üçün qarşı tərəfin tələblərinə uyğun olaraq qablaşdırma materialının üzərində məhsul istehsalçısı barədə məlumatın qeyd edilməməsi səbəbindən sərhəddə saxlanılıb. Məsələ Dövlət Xidməti tərəfindən dərhal nəzarətə götürülüb, məhsulun qablaşdırma materialı qarşı tərəfin tələblərinə uyğun qaydada hazırlanıb və oktyabrın 20-də həmin məhsul Rusiyaya ixrac edilib”.

Dövlət Xidməti bildirir ki, gələcəkdə bu kimi halların təkrarlanmaması məqsədilə Rusiyaya ixrac edilən pomidor məhsulunun qablaşdırma materialının qarşı tərəfin tələblərinə uyğun olmasına ciddi nəzarət edilməsi barədə Dövlət Xidməti tərəfindən bitkilərin karantini məntəqələrinə müvafiq göstəriş verilib, ixrac edilən pomidor məhsulunun qablaşdırma materiallarında istehsalçı barədə məlumatların qeyd edilməsinin vacibliyi istehsalçıların diqqətinə çatdırılıb.



Xəbər 2948 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +