Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı


23.08.2017  13:46 

Azərbaycanda ilk dəfə çarpaz əməliyyat keçirildi





A+  A-

Azərbaycanda ilk dəfə Neftçilər Xəstəxanasında çarpaz əməliyyat icra olunub.
Səhiyyə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bütün dünyada donor qıtlığının olduğu zamanda problemin həll yollarından biri də çarpaz orqan transplantasiyasına üz tutmaqdır. Çarpaz orqan transplantasiyası donorların özlərinə uyğun olmayan xəstələrin uyğun olacaq başqa cütün donoru ilə dəyişdirməkdir. Çarpaz transplantasiya əsasən qan qrupu uyğun gəlməyən cütlüklər arasında əməliyyat olma şansını artırır.

Əməliyyatı icra edən xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri M.Kazımi çarpaz orqan transplantasiyasının dünyada da nadir tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, xəstəxanaya birinci xəstə böyrək çatmazlığı ilə müraciət edəndə ona böyrək köçürülməsinə ehtiyac olduğu bildirilib. Xəstənin donoru həyat yoldaşı olsa da onların qan qrupları uyğun olmadığı aşkarlanıb. Bu zaman onlara analoji problemlə üzləşmiş digər bir cütlüklə çarpaz transplantasiya, yəni, donorların dəyişdirilməsi yolu ilə əməliyyat məsləhət olunub. Hər iki ailələr görüşüb, tanış olub və çarpaz transplantasiyaya razılıq veriblər.

Daha sonra əməliyyat hazırlığına start verilib. Bir neçə gün hazırlıq işlərindən sonra əməliyyat icra olunub. Bir gündə 4 nəfər əməliyyat olunub. İki şəxsin həyatı xilas edilib, əvvəlki sağlamlığına qovuşub.

Donorlar artıq evə yazılıblar, səhhətlərində hər hansı bir problem yoxdur. Xəstələrin vəziyyəti stabildir və bu günlərdə evə buraxılacaqlar.
Bu gunə qədər Cərrahiyyə və Orqan transplantasiyası şöbəsində 500-ə yaxın xəstə üzərində orqan koçürülməsi icra edilib. Bunlardan 107 xəstəyə qaraciyər, 365 xəstəyə isə böyrək köçürülüb.

Xəstələrin bir qismi azyaşlılardır. Bundan əlavə isə bu günə kimi orqan köçürulən 9 qadın dünyaya sağlam övlad gətirib.

Xəbər 2982 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +