Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


11.07.2017  16:18 

“Bir nazirin 5-6 müavini var...”





A+  A-

“Struktur islahatları davam edəcək. Prezident Administrasiyasında böyük struktur islahatı keçirilir. Həmçinin Konstitusiyaya əlavə və dəyişikliklərdən sonra yeni strukturlar yarandı. Növbəti olaraq isə idarəetmədə ciddi struktur islahatı gözlənilir”.
XəzərNews.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsində deyib. O qeyd edib ki, hazırda bununla bağlı cənab prezidentə təqdim etmək üçün proqramlar hazırlanır: “Çünki idarəçiliyin operativliyini təmin etmək, vətəndaşların problemlərinin həll olunması və s. baxımından bu labüddür. Bir sıra sahədə islahata ehtiyac var və bu olacaq. İndi Novruzəlinin məktubu poçtla ehtiyatla yolladığı yox, informasiya texnologiyalarının bir saniyədə məktubu çatdırdığı əsrdir. Biz də bununla ayaqlaşmalıyıq. Bununla bağlı bizim qanunvericilik bazamız kifayət qədər var. Artıq o bazaya uyğun olaraq islahat aparılacaq. Şişirdilmələr azaldılmalı, az sayda idarəetmə aparatı ilə fəaliyyət təmin olunmalıdır. Bütün bunlarla bağlı son qərarı vermək səlahiyyəti təbii ki, cənab prezidentə məxsusdur. Hansı sahədə struktur məqbul hesab olunacaqsa qalacaq, hansı sahədə hesab olunmayacaqsa, ləğv olunacaq. Görürsünüz ki, ləğvetmə və birləşdirmə sayəsində yeni strukturlar yaranır. Biz demirik ki, o struktur pis işləyir deyə ləğv olunur, sadəcə bu dövrün tələbidir ki, bunu başqa bir qurum əvəz etsin”.

Onun sözlərinə görə, bir sıra sahədə islahata ehtiyac var və bu olacaq: “Məsələn, bir nazirliyin yerli strukturu birləşib, o birininki yox. Axı bu cür ola bilməz. Hamısı eyni formada eyni sistemlə olmalıdır. İdarəetmə bərabər sistemdə olmalıdır və islahatlar bu yöndə aparılacaq. Məsələn, bir nazirin iki müavini var, o birinin beş-altı müavini var. Bu da tənzimlənməlidir”.

Xəbər 3682 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +