Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı


30.06.2017  12:19 

Türkmənistan Güləş Federasiyasından Toğrulla bağlı - Açıqlama





A+  A-

“Toğrul Əsgərov Türkmənistana sadəcə tədbirə gəlmişdi. Biz onunla tanış olduq”.
Bu sözləri açıqlamasında Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib.

O bildirib ki, Azərbaycan güləş yığmasının üzvü, Olimpiya Çempionu Toğrul Əsgərovun bu ölkənin millisində çıxış edəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil: “Bu xəbərlər yalandır və Toğrula heç bir təklif olmayıb. Ölkəmizə bir neçə tanınmış güləşçi dəvət etmişdik. Eyni zamanda, Azərbaycan Güləş Federasiyasına da dəvət göndərmişdik. Onlar da bura Toğrulla Hacı Əliyevi yollamışdılar. Görüşdük, tanış olduq. Amma milliyə dəvət edək deyə bir məsələ yoxdur”.

Qeyd edək ki, dünən Toğrul Əsgərovun Azərbaycan millisini tərk edərək Türkmənistan bayrağı altında yarışlara qatılacağı haqqında xəbərlər yayılmışdı. Eyni zamanda, federasiya ilə güləşçilər arasında da müəyyən anlaşılmazlığın, narazılığın olduğu bildirilir.

Azərbaycan Güləş Federasiyası isə hələlik bu barədə heç bir açıqlama verməyib.

(qafqazinfo.az)

Xəbər 3526 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +