Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


29.06.2017  08:57 

Tətil bitdi, avtovağzalda sıxlıq yarandı





A+  A-

Bayram tətilinin son günü səhər saatlarından etibarən Yevlax avtovağzalında sıxlıq müşahidə edilib.
XəzərNews.az xezerxeber-ə istinadən bildirir ki, havanın isti olması sərnişinlərin narahatlığını bir qədər də artırıb. Sıxlığı aradan qaldırmaq üçün xəttə əlavə həm avtobuslar, həm də mikroavtobuslar buraxılıb.

Sərnişin bolluğunu fürsət bilib süni qiymət artımı edən sürücülər xüsusi diqqətdə saxlanılıb.

Şəki avtovağzalında da sixlıq olub. Burdan bütün istiqamətlərə gedən sərnişin çox olsa da, Bakıya getmək istəyənlərin sayı 5-10 dəfə artıb. İşini ehtiyatlı tutanlar biletləri əvvəlcədən alıblar.

Gərginliyin aradan qaldırılması üçün avtovağzal rəhbərliyi tərəfindən iki böyük tutumlu avtobus və bir neçə mikroavtobus xəttə buraxılıb.

Şəkidən Bakıya gediş haqqı 6 manat 50 qəpikdir. Sərnişınlərin artmasına baxmayaraq biletlərdə qiymət artımı olmayıb.

Lənkəranda isə səhər saatlarında sıxlıq olub. Gün ərzində Lənkərandan paytaxta 6 avtobus çıxıb. Bir neçə əlavə avtobus da ehtiyatda saxlanılıb ki, sıxlıq yaranarsa xəttə buraxılsın.

Lənkərandan Bakıya bir nəfərin gediş haqqı 5 manatdır. Qiymətin süni şəkildə qaldırılmasına qarşı yoxlamalar aparılıb.



Xəbər 2649 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +