Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


26.06.2017  12:06 

QMİ sədri: “Bəzi dövlətlər bizim daxili işimizə qarışır”





A+  A-

“Allah bizə zəfər versin, arzu edirəm ki, torpaqlarımız tezliklə azad olunsun, Qarabağ torpaqlarımızda azan səsi gəlsin”.
XəzərNews.az-ın xəbərinə görə, bunu Ramazan münasibətilə "Əjdərbəy" məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

Azərbaycanda birlik, vəhdət olduğunu vurğulayan QMİ sədri "Biz burada məzhəb ayrı-seçkiliyi etmədən bərabər namaz qıldıq, ibadət etdik. Bu, bizim dövlətimizin siyasətdir. Bəzi dövlətlər bizim daxili işimizə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik etmək istəyənlər var. İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb. Çox sevinirəm ki, sovet dövründə 17 məscidi olan dövlətdə indi iki mindən artıq məscid fəaliyyət göstərir. Ramazan ayında böyük fərəhdir ki, erməni işğalından azad olunan torpaqlarımızda birinci dəfə azan səsi gəldi. Cocuq Mərcanlıda gözəl məscidin tikilməsi bizə ümid verir ki, tezliklə torpaqlarımız azad olunacaq”, deyə bildirib. .


QMİ sədri deyib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: “Bu yaxınlarda ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir. Bu siyasət öz bəhrəsini verir”.

Allahşükür Paşazadə Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib: “Allah bizi daha da birləşdirsin, dövlətimiz, ordumuz daha da güclü olsun”.

Xəbər 2373 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +