Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


19.06.2017  18:03 

Erməni kəşfiyyatçısı Azərbaycan ordusunun Dərələyəzə girə biləcəyini AÇIQLADI





A+  A-

Azərbaycan ordusunun bu gün başlatdığı növbəti irimiqyaslı hərbi təlimlər Ermənistanda təşvişlə izlənilməkdədir.
Ermənistanın birinci Qarabağ müharibəsində iştirak etmiş ilk kəşfiyyat-diversiya batalyonunun komandiri Vova Vartanov bu təlimlərin təkcə qorxu yaratmaq məqsədi daşımadığını, eyni zamanda potensial müharibə ssenarisinin məşqi olduğunu deyib.

Xəbər verildiyi kimi Azərbaycan silahlı qüvvələri 23 minlik canlı qüvvə və yüzlərlə hərbi texnikanın iştirakı ilə döyüş şəraitinə maksimal yaxınlaşdırılmış irimiqyaslı hərbi manevrlərə başlayıb. Bu, son iki ay ərzində Azərbaycan ordusunun keçirdiyi üçüncü belə irimiqyaslı təlimlərdir.

“Təlimlər həmişə hərbi əməliyyatlardan əvvəl keçirilən baş məşqdir. Onlar müxtəlif ssenariləri nəzərdən keçirirlər. Üstəlik Azərbaycan tərəfi son vaxtlar bu prosesə Gürcüstanı da fəal cəlb etməyə başlayıb, hansı ki, həvəssiz də olsa razılaşır”-kəşfiyyatçı Vartanov deyib.

Vartanov bir maraqlı tendensiyanı da qeyd edib ki, bu il ərzində Azərbaycan ordusu silahlı qüvvələrin bölmələrinin təlim rayonlarına atılması üçün özünün uçuş vasitələrindən və təyyarəçilərindən istifadə tendensiyası nümayiş etdirir. Onun sözlərinə görə, Naxçıvandakı təlimlər xüsusilə diqqəti cəlb edib. Belə ki, iyunun 12-dən 16-na qədər Naxçıvan Əlahiddə Ümumqoşun ordusu Türkiyə ordusunun bölmələri ilə taktiki təlimlər keçirib.

“Naxçıvandakı təlimlər göstərir ki, biz təkcə Qarabağda yox, eyni zamanda Sünik və Vaytsdozor vilayətlərində (Azərbaycanın qədim Dərələyəz və Gorus mahalı-red.) hazır olmalıyıq. Hadisələrin bu cür inkişaf ssenarisinə təkcə ordunu yox, ictimaiyyəti də hazırlamaq lazımdır”-Vova Vartanov deyib.

Kəşfiyyatçı Vova təklif edib ki, Ermənistan bütün ölkə boyu mülki müdafiə təlimləri keçirməlidir.

(virtualaz.org)

Xəbər 2736 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT


BÜTÜN XƏBƏRLƏR +