Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


07.06.2017  15:02 

Azərbaycanlını diri-diri basdıran avtoritet kimdir? - Təfərrüat





A+  A-

Borcu müqabilində Moskvada diri-diri basdırılan 41 yaşlı azərbaycanlı iş adamı hadisənin təfərrüatlarını danışıb.
Aprelin sonlarında Salayevin ərzaq biznesindən həmkarı olan Abbas Nişadov (ad və soyad dəyişdirilib) ondan 1,5 milyon rubl borcunu tələb edib. Salayevin sözlərinə görə, həmin pulu ondan əslində əmisi oğlu almışdı, lakin borcu ödəmək ondan tələb edilib.

Pulu ala bilməyəcəyini gördükdə isə Nişadov yardım üçün Prokladka ləqəbli kriminal avtoritetə müraciət edir. Avtoritet zəng edərək Salayevi Nişadovun ofisində görüşə çağırır. Salayev ofisə gəldikdə onu 50 silahlı şəxs mühasirəyə alır. Avtoritet bildirir ki, artıq borcu 1,5 milyon rubldan 30 milyona kimi qalxdı. Salayev həmin pulu ödəməkdən imtina etdikdə isə onu döyməyə başlayırlar, daha sonra maşına qoyaraq qəbiristanlığa aparırlar.

O, başı çöldə qalmaqla torpağa basdırılır. Bu vəziyyətdə iş adamı gecə yarısından səhər saat 4-ə kimi qalır.

Qurbanın telefonuyla onun qardaşı İsmayıla zəng edən cinayətkar dəstə borcları müqabilində Hikmətin yerini söyləyəcəklərini deyirlər. İsmayıl milyon rubldan bir qədər çox pul və qardaşı ilə özünün maşınını girov müqabilində onlara verir.

Baş verən insidentdən sonra Hikmət oğurlanması ilə bağlı polisə ərizə yazmaq istəsə də, polislər onu qəbul etməyiblər. Salayev iddia edir ki, polislər ona “azərbaycanlılar bu problemi özlərinə məxsus həll edirlər” deyiblər.

Daha sonra Salayevin şikayəti əsasında işə Baş Cinayət Axtarış İdarəsi qoşulur və tezliklə Nişadov saxlanılır.

(qafqazinfo.az)

Xəbər 2434 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +