Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


10.05.2017  10:59 

Bakıda eksternat imtahanları keçiriləcək





A+  A-

Bakıda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini başa vura bilməyən şagirdlər üçün 11-13 may tarixlərində eksternat imtahanları keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XəzərNews.az-a verilən məlumata görə, qeydiyyat və sənəd qəbulu aprelin 3-dən 21-dək idarədə aparılıb. Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanlarında iştirak etmək üçün 412 ərizə qeydiyyata alınıb.

Eksternat imtahanları 45 nömrəli tam orta məktəbdə keçiriləcək.

İmtahana gələrkən imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir.

Məqbul qiymət almış şəxslərin siyahısı mayın 23-dək baku.edu.gov.az saytında yerləşdiriləcək. Eksternat imtahanlarından uğur qazanan şəxslərin tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirakı zəruridir. Eksternlər buraxılış imtahanları barədə Dövlət İmtahan Mərkəzinin saytına ( www.dim.gov.az) daxil olaraq məlumat əldə edə bilərlər.


Xəbər 3017 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +