Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


02.05.2017  21:43 

İrandan şok fakt, məhsulları təhlükəlidir... - Necə qorunaq?





A+  A-

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyası İrandan Azərbaycana idxal edilən kənd təsərrüfatı məhsullarının kimyəvi cəhətdən təhlükəli olub-olmadığını açıqlayıb.
Qeyd edək ki, İran Məclisinin Səhiyyə Komissiyasının üzvü Behruz Bonyadi İranın kənd təsərrüfatı məhsullarının 35 faizinin kimyəvi cəhətdən çirkləndiyini açıqlayıb.

B.Bonyadi bildirib ki, İranda pestisidlər və antibiotiklərdən həddən artıq istifadə olunduğuna görə kənd təsərrüfatı məhsullarında mikroblara qarşı dayanıqlılıq yaranıb. Bu isə insan sağlamlığı üçün təhlükə yaradır.

XəzərNews.az xəbər verir ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Nəzarət Toksikologiya Laboratoriyasının rəhbəri Yaqub İbrahimov isə Trend-ə bildirib ki, Azərbaycandan İrana idxal edilən, eyni zamanda İrandan Azərbaycana ixrac edilən kənd təsərrüfatı məhsullarının hamısında kimyəvi maddələr var. Lakin bu maddələr məhsulun tərkibində müəyyən həddə olur və insan orqanizmi üçün təhlükə yaratmır.

Y.İbrahimov qeyd edib ki, idxal və ixrac edilən bütün kənd təsərrüfatı məhsullarının tərkibi Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən yoxlanılır: "Məhsulun tərkibində kimyəvi maddənin həcmi yol verilən həddən yuxarı olduqda onu ölkəyə buraxmırıq”.

Qeyd edək ki, Azərbaycan İrandan soğan, kartof, pomidor və s. kənd təsərrfatı məhsulları idxal edir.

Xəbər 2876 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +