Prezident Pakistanlı siyasətçi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi


17.04.2017  11:26 

“Təəssüflər olsun ki, bu dəfə də sel Azərbaycanın ürəyini dağladı“





A+  A-

Güney Azərbaycan Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Azərbaycanda baş verən daşqınlarla bağlı məsulların fəaliyətini tənqid edib.
XəzərNews.az bildirir ki, “Yol press”in yaydığı məlumata görə, millət vəkili yaydığı mətndə təbii fəlakətlə bağlı Azərbaycan əhalisinə başsağlığı verərək İran Milli Hidrometeorologiya (həvaşünasi) Təşkilatı və Teleradio Şirkətinin fəaliyyətini tənqid edib.

“Təəssüflər olsun ki, bu dəfə də sel Azərbaycanın ürəyini dağladı. Onlarla insan həyatını itirdi, bir neçə nəfər hələ də itkindir. Sel-daşqın suları Urmiyə, Sulduz, Azərşəhr, Üşnəviyyə, Əcəbşer və Təbriz şəhərlərini bürüdü, bölgə əhalisinə çoxlu ziyan dəydi. Mən təbii fəlakətdən zərər çəkən bütün ailələrə başsağlığı verir və Böhran Müdiriyyəti Təşkilatından var gücü ilə bölgə əhalisinə yardım etməyi gözləyirəm. Milli Hidrometeorologiya Təşkilatı isə hava şəraitinə dair vaxtında proqnoz verib və hərkəsi məlumatlandırmalı idi. Bu şəkildə itkilərin və dəyən ziyanın həcmini azaltmaq mümkün olardı. Baş verən hadisənin Teleradio Şirkəti və kütləvi informasiya vasitələrində daha geniş şəkildə işıqlandırılmasını gözləyirəm”- deyə yayılan mətnin bir hissəsində qeyd olunub.

Xəbər 4190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +