Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü


14.04.2017  11:06 

Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçdi





A+  A-

Bakıda ilk dəfə keçirilən ticarət festivalı ilə əlaqədar, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə aprelin 10-dan etibarən 23 bankın 50-dən çox filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
XəzərNews.az xəbər verir ki, bu barədə Palatanın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, festival dövründə ölkə vətəndaşları və turistlərin valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 6 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digər filial və şöbələr isə şənbə və bazar günləri də daxil olmaqla bütün həftə boyu xidmət göstərir.
Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərir. Yarana biləcək hər hansı bir problemlə ölkə vətəndaşları və turistlər Palatanın əməkdaşına müraciət edə bilərlər. Koordinator Elşən Səmədovdur. Telefon: (+944) 51 444 25 32
Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələri MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Xəbər 3010 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +