Prezident Pakistanlı siyasətçi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi


13.04.2017  18:53 

Azərbaycanlı İş Adamlarının Hüquqlarının Müdafiə Komitəsi yaradıldı - UKRAYNADA





A+  A-

Kiyevdə Azərbaycanlı İş Adamlarının Hüquqlarının Müdafiə Komitəsi (AİHMK) yaradılıb.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporundan (UABD) verilən məlumata görə, buna səbəb Ukraynada son vaxtlar Azərbaycan şirkətlərinə, azərbaycanlı iş adamlarına qarşı cinayət hallarının artmasıdır.

AİHMK son vaxtlar Ukrayna ərazisi ilə daşınan Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktlarının araşdırılmasında azərbaycanlılara hüquqi yardım edəcək, o cümlədən Ukrayna üzərindən gələcəkdə yük daşıyacaq şirkətlərə belə hallarla üzləşməmək üçün dəstək verəcək.

UABD sədri Hikmət Cavadov bildirib ki, son günlər Ukraynada Azərbaycana aid yüklərin oğurlanmasında əsas səbəb internet üzərindən loqistik yük daşımaları ilə bağlı düzgün seçimin edilməməsidir: “Azərbaycan şirkətləri çox vaxt Ukraynada internet üzərindən yaradılan saxta şirkətlərə aldanırlar və nəticədə belə cinayətkar qruplaşmaların qurbanı olurlar. Yaradılan komitə azərbaycanlıların burada hüquqi cəhətdən yardımsız qaldığını nəzərə alaraq, bütün bu məsələləri üzərinə götürür”.

Qeyd edək ki, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 19 ağırtonnajlı yük maşınları Ukraynada oğurlanıb. Hüquq-mühafizə orqanlarına müraciət edilsə də, heç bir hüquqi tədbir görülməyib.

(apa.az)

Xəbər 3831 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +