Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı
Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi


05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?





A+  A-

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun vəzifəsindən azad ediləcəyi gözlənilir.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 67 yaşlı sədrin yaxın vaxtlarda təqaüdə göndəriləcəyi deyilir.

Artıq Saleh Məmmədovun rəhbərlik etdiyi qurumda təhvil-təslim işlərinə başlanıldığı, qurumun aparatında və tabeli müəsissələrində yoxlamalar keçirildiyi bildirilir.

Fevral ayında Agentliyin İdarə Heyətinin üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Fevralda həmçinin 1981-ci ildə Bakı şəhərində anadan olmuş Əli Sabir oğlu Hacıyev AAYDA İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. O, 2019-2024-cü illərdə İqtisadiyyat Nazirliyində Dövlət investisiyaları şöbəsinin müdiri, 2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində İnvestisiya Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. Ehtimal edilir ki, yaxın vaxtlarda Saleh Məmmədovu sözügedən vəzifədə Əli Hacıyev əvəzləyəcək.

Xəbər 5015 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +