Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı


11.02.2025  22:00 

Dünya şöhrətli azərbaycanlı Əkbər Behkəlam vəfat edib





A+  A-

Almaniyada yaşayan azərbaycanlı əsilli dünya şöhrətli rəssam və heykəltəraş Əkbər Behkəlam vəfat edib.

XəzərNews.az xəbər verir ki, Ə.Behkəlam 1944-cü il sentyabrın 16-da Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. 1961-ci ildən 1964-cü ilə qədər Təbriz Rəssamlıq Akademiyasında təhsil alıb. Hərbi xidmətdən sonra Türkiyənin İstanbul şəhərinə köçüb. Memar Sinan adına İncəsənət Universitetinə daxil olub. Türkiyənin məşhur rəssamı Bədri Rəhmi Əyyuboğlunun tələbəsi olub.

1972-1974 -cü illərdə Paris, Frankfurt, Roma və Berlin də daxil olmaqla Avropanın müxtəlif şəhərlərində yaşayıb. 1974-cü ildə Təbriz Rəssamlıq Akademiyasında dərs demək üçün Güney Azərbaycana qayıdıb.
1976-cı ildə siyasi təzyiqlər səbəbindən Almaniyanın paytaxtı Berlində yaşayırdı.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firudin Pərvizniya, qurumun Avropa üzrə koordinatoru Əli Hacı Ağaevli, İdarə Heyətinin üzvləri Nurəddin Qərəvi, Əhməd Mehribani və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu İdarə Heyətinin üzvləri Əkbər Behkəlamın vəfatı ilə bağlı başsağlığı veriblər.

Xəbər 4870 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +