Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


24.01.2025  17:45 

Ləman Əliyevanın həyat yoldaşı da işdən çıxıb





A+  A-

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyevanın həyat yoldaşı, sözügedən klinikanın Ginekologiya və doğum şöbəsinin müdiri Əziz Rəfibəyov da işdən çıxıb.

XəzərNews.az Oxu.Az-a istinadla xəbər verir ki, o, Sumqayıtdakı Real Tibb Mərkəzində Ginekologiya və doğum şöbəsinin müdiri kimi fəaliyyətə başlayıb.

Qeyd edək ki, Ə.Rəfibəyov 1972-ci il martın 13-də Qırğızıstanın Bişkek şəhərində anadan olub. 1989-cu ildə Qırğızıstan Dövlət Tibb Akademiyasına daxil olub. 1997-ci ildə ali məktəbi bitirib, iki il ərzində mamalıq və ginekologiya üzrə kliniki ordinatura keçib.

1999-cu ildə Azərbaycana gələrək, Sumqayıt şəhəri 2 saylı doğum evində mama-ginekoloq vəzifəsində çalışıb. 2000-ci ildə Qırğızıstan Dövlət Tibb Akademiyasının aspiranturasına daxil olub və 2003-cü ildə bitirib. "Xoşxassəli şişlərin yaranması və qadın reproduktiv sistemində hiperplastik proseslerə qalxanabənzər vəzin hipofunksiyasının təsiri" mövzusunda dissertasiya müdafiə edib və "tibb elmləri namizədi" adına layiq görülüb.

Bir müddət Bişkek şəhərində Respublika Doğum Evində mama-ginekoloq vəzifəsində çalışıb. 2014-cü ildə Bakıda sertifikasiya komissiyasından keçib.

Son illərdə Sumqayıt şəhərində "Real" Tibb Mərkəzində və Bakıda "Caspian International Hospital"da mama-ginekoloq vəzifəsində çalışıb. 2017-ci ildə Rusiyanın Kazan şəhərində ginekologiyada endoskopik cərrahiyyə kursu və Moskvada mamalıqda təxirəsalınmaz hallar mövzusunda kurs keçib. 20-yə yaxın elmi məqalənin müəllifidir.

Xəbər 5597 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +