Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


21.01.2025  17:44 

Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar?





A+  A-

Azərbaycan hökuməti bəyan edib ki, rəsmi səviyyədə korrupsiyaya qarşı mübarizə aparılır. Bunun üçün mərkəzi və yerli icra hakimiyyətləri, bələdiyyələr və digər strukturlarda araşdırmalar aparılır və təqsirkarlar saxlanırlar. İndiyə qədər bir sıra nazirliklərin vəzifəli şəxsləri, icra başçıları, bələdiyyə nümayəndələri korrupsiya əməliyyatları çərçivəsində saxlanılıb, daha sonra məhkəmə qərarı ilə həbs olunub.

Həbs olunan keçmiş məmurlar arasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri də olub. Məsələn, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz tatarov, Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərov və birinci müavini Tacəddin Novruzov, Yevlaxın eks-icra başçısı Qoca Səmədov və başqalarını misal kimi göstərmək olar.

Maraqlıdır ki, YAP üzvü olan bu şəxslər partiya sıralarında hələ də qalırmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, deputat Azər Badamov bildirib ki, qanuni şəkildə haqqında məhkəmə hökmü oxunmuş şəxslər partiya sıralarından kənarlaşdırılıblar.

"Hazırda istintaqı davam edən şəxslər ola bilər ki, onlar partiyadan uzaqlaşdırılmayıb. Lakin artıq korrupsioner olduğu məhkəmənin hökmü ilə təsdiq olunan şəxslər partiya sıralarından kənarlaşdırılıblar",-o deyib.

Xəbər 3943 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +