Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


21.11.2024  15:16 

Diaspora haqqında düşüncələri...- Koordinator





A+  A-

“Diasporla müsahibə” verilişinin növbəti qonaqları Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Əliyev və Norveç Azərbyacanlılarının Gənclər Təşkilatının (NAYO) üzvü, güney azərbaycanlı Arvin Balanji olub.



R.Əliyev və A.Balanji COP29 tədbirində iştirak etmək üçün Bakıda səfərdədirlər.

R.Əliyev müsahibədə NAYO-nun, Norveç azərbaycanlılarının diaspor fəaliyyətindən danışıb, soydaşlarımızın diasporla bağlı düşüncələrinin yalnış olduğunu iddia edib:

“Mənim fikrimcə, diaspor işi ilə dövlət məşğul olmalı, səfirliklər isə birbaşa maraqlanmalıdırlar. Azərbaycanlılar da səfirliyin gördüyü işlərə dəstək olmalıdır. Soydaşlarımız həm də yaşadıqları ölkənin siyasətinə də daxil olmağı bacarmalıdırlar. Buradan soydaşlarımıza da üz tutub demək istəyirəm ki, getdiyiniz ölkədə Azərbaycanı təmsil edirsiniz, ona görə də diqqətli olmaq lazımdır. Norveçdə hakim kimi fəaliyyət göstərirəm. Eyni zamanda Bələdiyyə seçkilərində də iştirak etmişəm və bir azərbaycanlı kimi Norveç siyasəti ilə yaxından maraqlanıram. Bizə 5 il kifayət edir ki, Oslodakı Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdlərinin, yeni nəsilin və ikinci nəsilin Azərbaycan haqqında bilikləri olsun. Bizdən sonra estafet onlardadır. İnanıram ki, layiqli şəkildə vətənimizi tanıtdırıb, dilimizi yaşadacaqlar”.

Əslən Güney Azərbaycandan olsa da Norveçdə yaşayan A.Balanji isə bildirib ki, bu onun Bakıya ilk səfəridir:

“Mən əslən Güney Azərbyacanlıyam və Bakını gördüyüm üçün çox şanslıyam. Azərbaycan çox gözəl ölkədir. Soruşanlara informasiya verirəm, sosial şəbəkələrdə paylaşımlar edir, COP29 tədbirindən məlumatlar verirəm. NAYO-ya atam sayəsində üzv oldum. Hazırda Oslodakı Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdiyəm. Həmyaşıdlarım Azərbaycanı tanımır. Çalışıram ki, hər fürsətdə ölkəmizi onlara tanıdım”.



Xəbər 6440 dəfə oxunub.





07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +