Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı


15.11.2024  19:10 

AGM Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihəyə başladı -Fotolar





A+  A-

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası COP29 çərçivəsində beynəlxalq layihəyə başladı.

Xəzərnews.az xəbər verir ki, "Yaşıl məktəblər üçün gənc müəllimlərin beynəlxalq təcrübə mübadiləsi" proqaramının ilk günündə AGMA-nın sədri Pərvinə Qədimova və Layihələr üzrə meneceri Ramilə El-oğlu gənc müəllimləri salamlayaraq, proqram haqqında ümumi məlumat veriblər.

Daha sonra layihə iştirakçılarının şəbəkələşməsi üçün tanışlıq oyunları keçirilib.

Qeyd edək ki, proqramın ilk görüşü Tyantszin Xarici Tədqiqatlar Universitetinin beynəlxalq institutunun əməkdaşı Li Xiang tərəfindən “Yaşıl məktəblərin qurulması üzrə dialoq” mövzusunda görüş keçirilib. Gənc müəllimlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

Günün ikinci yarısı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının koordinatoru Linpeng Chubin tərəfindən “Ali təhsil müəssisələrində yaşıl təhsilin transformasiyasını və təkmilləşdirilməsini təşviq etmək metodlar” mövzusunda görüş baş tutub və bununla da gün yekunlaşıb.

Məlumat üçün vurğulayaq ki, 5 gün davam edəcək layihənin 16 noyabr tarixində Yaşıl zonada xarici ekspertlərin iştirakı ilə sessiyası baş tutacaq.

Layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun tərəfdaşlığı ilə keçirilir.








Xəbər 7554 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +