Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


29.06.2024  11:18 

“Dövlətin malı dənizdir, yeməyən donuzdur” deyir, gecə-gündüz yeyir...





A+  A-

Mahir Quliyev Biləsuvarın icra başçısı işləyəndə salamını almadığı, adam yerinə qoymadığı hansısa Allah bəndəsi bu yazını oxusa, mütləq belə deyəcək: "Darda olan adam haqda yazmaq doğru deyil".

Amma heç kim deməyəcək ki, bu gün darda olan adam dünən taxtda olanda səni qarışqa kimi əzib keçirdi, haqqını yeyirdi, hüququnu tapdalayırdı...

Biz doğma atamızın qatilini bağışlayan xalqıq, bizimlə qul kimi davrananan hansısa keçmiş məmuru bağışlamaq əlimzidə heç nədir...

Mətləbə keçək.

Bildiyiniz kimi, bir neçə il əvvəl ölkəmizdə rüşvət və korrupsiyaya qarşı mübarizə geniş vüsət almışdı. Yalan və talana qurşanan, dövlətin malını mənimsəyən məmurlar bir-birinin ardınca dəmir barmaqlıqların arxasına göndərilirdi. Bu proses bizim kimi kasıbları məmnun edirdi. “Məzlumun ahı yerdə qalmaz” deyib təsəlli tapırdıq. İnsafən, 1 nazir müavininin, 6 icra başçısının, çox sayda yüksək rütbəli məmurun həbsi “yuxarılarda” müəyyən xof yaratmışdı. Əgər Lerikin icra başçısı ayağına gələn sadə vətəndaşı qəbul etmirdisə, bu həbslərdən sonra özü onun ayağına gedirdi. Köhnə “Niva” dolanbac dağ yollarını qalxmayanda düşüb piyada gedirdi. Eşitdiyimə görə, icra nümayəndələrindən biri başçıya piyada deyil, atla getməyi təklif edəndə cavabı belə olub: "Heyvana əziyyət verməyək".

Yaxşı günlər idi. Camaat “dövlətin malı dənizdir, yeməyən donuzdur” deyib, gecə-gündüz onların haqqını yeyən məmurların qazamata atılmasını toy-bayram edirdi. Xeyli vəzifəli şəxs özünü yığışdırmışdı, görüntü xatirinə olsa belə, xalqa canıyananlıq edirdi. Amma nədənsə, birdən-birə bu proses dayandı, daha heç kimi tutmadılar. Tutduqlarını da buraxmağa başladılar.

Dünən Ali Məhkəmə daha bir sabiq məmuru - Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin azadlığa çıxan yolunu qısaltdı. Hakimlərimiz humanistlik nümunəsi göstərərək, Mahir müəllimin cəzasını 11 ildən 8 il 3 aya endirdilər. İndiyə kimi çəkdiyi cəzanı da nəzərə alsaq, bu o deməkdir ki, Mahir Quliyev gələn il azadlığa çıxacaq.

Həmişə məni bir sual düşündürür: Hakimlərimiz niyə ehtiyac üzündən iki toyuq oğurlayan kasıb Məmmədə münasibətdə də bu cür humanist davranmırlar? Niyə dövlətə 20 milyon manat ziyan vurmuş keçmiş məmuru bağışlayırlar, amma qonşunun hinindən 2 toyuq oğurlamış yeniyetməni bağışlamırlar?

Bəs məhkəməyə nəzarət edən qurumlar hara baxır? Niyə məhkəmə yolu ilə cinayəti sübuta yetirilmiş adamların cəzasını sonadək çəkməsini təmin etmirlər? Yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində belə şey olmur: Xəstəni öldürdüyü üçün həbs olunan həkim, mərhumun ili çıxmamış azadlığa çıxır.

Dövlətin gücü onun ədalətindədir. Dövlət milyonları olan Mahir Quliyevə hansı münasibəti göstərirsə, yeməyə çörək tapmayan Mahir Nuriyevə də o cür münasibət göstərməlidir...

Seymur VERDİZADƏ

Xəbər 22045 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +