Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


22.05.2024  11:30 

Özləri parlamentdə, övladları kabinetdə şellənirlər…





A+  A-

Qocalmaq hər adama qismət olmur. Bu, Allahın lütfüdür…

Ətrafınızdakı kişilərdən neçəsi pensiya alır?

Mənim çevrəm genişdir. Amma onların arasında pensiya yaşına çatmış çox az adam var. Otuz-qırx il işləyib sonra da pensiyaya çıxmaq hamıya nəsib olmur. Birini ürəyi yarı yolda qoyur, birini xərçəng içəridən “yeyir”, beşi də ya zəlzələdən, ya da vəlvələdən ölür. Buna görə də biz qoca adamlara qənimət kimi baxmalı, onların qədrini bilməliyik.

Söhbətə uzaqdan başlamağıma baxmayın. Mövzu lap yaxın günlərə aiddir. Məzahir Pənahov deyəndən sonra mən də inandım, bu yay əvvəlkilərdən daha qızmar keçəcək. Parlament seçkiləri havanın hərarətini bir az da artıracaq. Seçicidən səs istəyən də, səs verməyə gedən də əməlli-başlı tərləyəcək. Amma bəzi adamlar indidən tərləməyə başlayıblar. Söhbət qanunverici orqanda təmsil olunan yaşlı deputatlardan gedir. Seçicilərin bir qismi hesab edir ki, onların 84, lap elə 74 yaşlı deputata ehtiyacları yoxdur. Niyəsini isə belə izah edirlər: “Özünü güclə hərləyir, bizə nə gün ağlayacaq…”

Mən yaşlı deputatlara qarşı xüsusi aqressiya nümayiş etdirməyin tərəfdarı deyiləm. Milli Məclisdə məndən 25-30 yaş böyük, amma məndən qat-qat sağlam olan bir neçə deputat var. Eşitmiş olarsınız; ağ gün adamı ağardır, qara gün qaraldır…

Xalq istəsə, 99 yaşlı adamı da deputat seçə bilər. Bu, onun müstəsna hüququdur. Bizim xalqın tutduğunu buraxmamaq kimi bir adəti var. Buna görə də Milli Məclisdə elə adamlar var ki, 30 ildir ara vermədən deputat seçilirlər. Vallah, nə mənim, nə də bu mövzunu gündəmdən düşməyə qoymayan digər adamların deputatlıqda gözü yoxdur. Bilirsiniz, problem nədədir? Bəzi deputat yoldaşlar bu imtiyazdan gen-bol istifadə edirlər. Yaxşı edirlər! Onların övladları da bu imtiyazdan əməlli-başlı istifadə edirlər. Amma düz etmirlər. Bu adamların yaxın-uzaq qohumları, hətta qudaları da əllərinə düşən fürsəti fövtə vermirlər. Bu yaxınlarda 64 yaşlı bir xanım qudası olan deputatın mandatına güvənərək, 11 nəfərə 200 min manata yaxın pul “atmışdı”. Buna görə də, xalq eyni adamların üçüncü, beşinci, altıncı dəfə dəfə deputat seçilməsini istəmir. Çünki özləri parlamentdə, övladları isə kabinetdə şellənirlər. Onları seçənlər isə bir tikə çörək üçün şəraitsiz iş yerlərində eşələnirlər...

Seymur VERDİZADƏ

Xəbər 12904 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +