Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


20.05.2024  11:36 

Diaspor əldə bayraq, küçədə gəzmək demək deyil





A+  A-

“Diasporla müsahibə”nin növbəti qonağı I Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik, Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi Akif Qasımov olub.

A.Qasımov müsahibədə Türkiyədə fəaliyyət göstərən Azərbaycan diasporu və “Azərbaycan evləri”nin fəaliyyətindən söz açıb.

Qonağımız etiraf edib ki, Türkiyədə Azərbaycanı çox da yaxşı tanımırlar.

Müsahibimiz bunu media qurumlarımızın olmaması, Azərbaycan məktəblərinin qeyri-formal fəaliyyət göstərməsi ilə izah edib:

“Türkiyədə bir sıra ölkələrin kanalları var, hətta ermənilərin belə kanalı var. Lakin Azərbaycan kanalı yoxdur. Biz 90-cı illərin sonları, 2000-lərdən başlayaraq TV kanallarımız vasitəsilə türk müğənnilərini, seriallarını tanıdıq. Belə olan halda da Türkiyəni tanımış olduq. Amma burda Azərbaycan dilli media olmadığı üçün bu bizə böyük problem yaradır”.

A.Qasımovun sözlərinə görə, qardaş ölkə olmağımıza baxmayaraq qardaşlarımız bizi yaxından tanımır, bəzən bizi özlərindən ayrı tuturlar:

“Mən deyərdim ki, hətta bir növ qısqanclıq edirlər. Çünki, biz onlardan daha çox türkük. Mən türklərlə söhbətdə deyirəm ki, biz qardaşıq, etməyin belə. Onların arasında bəziləri erməni mənbələrinə, medialarına əsasən danışır. Onlara deyirəm ki, bizim qaynaqlara baxıb, Qarabağ həqiqətlərini daha yaxından tanıyın. Türkiyədə erməni diasporu çox güclüdür”.

Müsahibimiz bildirib ki, Avropada və eyni ilə də Türkiyədə Azərbaycanı daha yaxşı tanıtmaq lazımdır:

“Diaspor əldə bayraq, küçədə gəzmək demək deyil. Avropada ölkəmizi dəstəkləyən, tanıdan YouTube kanalları açılmalıdır. Təkcə müxalif kanallarla ölkəmizi tanıtmaq düzgün deyil. Soydaşlarımız, media nümayəndələri bir çox ölkələrə üz tutub orada Azərbaycan həqiqətlərindən bəhs etməlidirlər”.



Xəbər 14266 dəfə oxunub.





08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +