Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


12.03.2024  15:42 

Xadiməyə əxlaqsız təkliflər edən gənclər həbs edildi





A+  A-

Sabirabad rayonunda ictimai yerdə qadına qarşı xuliqanlıq hərəkətlərinə yol vermiş 2 gənc həbs edilib.

Xəzərnews.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə matın 9-na keçən gecə Sabirabad şəhəri Heydər Əliyev prospektində baş verib.

Polisə 1992-ci il təvəllüdlü E.S. və tanışı, Quba sakini 1998-ci il təvəllüdlü T.M.-in küçədə süpürgəçi qadına əxlaqsız təkliflər etməsi ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları həmin şəxsləri saxlayaraq şöbəyə aparıblar. Məlum olub ki, gənclər gecə saatlarında sərxoş halda küçəni süpürən qadına nalayiq təkliflər ediblər və onun özləri ilə birgə getməsini istəyiblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Hər iki şəxs sərxoş halda olmalarını bildiriblər və törətdikləri əmələ görə üzrxahlıq ediblər.

Saxlanılan şəxslər Sabirabad Rayon Məhkəməsinə göndərilib və onların hər birinə 15 sutka inzibati həbs cəzası verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğusumuza cavab olaraq məlumatı təsdiq ediblər.

Xəbər 2520 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +