Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


22.02.2024  02:05 

Almaniya Çexiyaya “Leopard 2A4” tankları vermək niyyətindədir





A+  A-

Rəsmi Praqa Ukraynaya hərbi yardıma görə təşəkkür olaraq Berlindən 15 ədəd “Leopard 2A4” tankı ala bilər.

Xəzərnews.az “Report”a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Çexiyanın baş naziri Petr Fiala bildirib.

“Çexiya Ukraynaya kömək etdiyinə görə təşəkkür kimi, Almaniyadan hədiyyə olaraq daha 15 ədəd “Leopard 2A4” tankı ala bilər”,-deyə, o bildirib.

Qeyd edək ki, rəsmi Berlin əvvəllər də Kiyevə göndərilən zirehli texnikanın əvəzi olaraq 14 ədəd belə tankı Çexiyaya təhvil verib.

Çexiya Ukraynaya, o cümlədən, 62 tank, 131 piyada döyüş maşını, 6 helikopter və 16 hava hücumundan müdafiə sistemi təhvil verib. Bu ölkəni dəstəklədiyinə görə respublika ümumilikdə 19 milyard kron (təxminən 900 milyon dollar) məbləğində təzminat alıb.

Xəbər 2559 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +