Şamaxıda kürəkən qayınatasını qətlə yetirib
Sabiq deputat həbsdən çıxmamış daha 9 il iş aldı
Ağdamda polis əməkdaşı minaya düşdü
Sabahdan qohum evliliyinə son... - Azərbaycada
Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb


03.01.2024  09:00 

Rusiyanın aktivləri Ukraynaya köçürüləcək





A+  A-

Qərb ölkələri Rusiyanın aktivlərini 2024-cü ildə Ukraynaya köçürə bilər.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba “United News” telemarafonunun efirində bildirib.

"Artıq ABŞ-da, Avropa İttifaqında konkret mövqe var, Rusiyanın aktivlərindən əldə olunan gəlirlərə görə vergiləri Ukraynanın ehtiyaclarına köçürən Belçika nümunəsi var. Bəzi ölkələrdə transfer mexanizmlərini yaradan qanunvericilik aktları var”, - o vurğulayıb.

Nazirin sözlərinə görə, indi bütün bu səyləri vahid hüquqi bazada birləşdirməyə ehtiyac var, Aİ və G7 ölkələri üçün vahid qaydalar ortaya çıxmalıdır.

"Keçən payızda biz bu çərçivəni qəbul etmək fikrindən uzaq idik və indi konkret normaların təsdiqi artıq G7 səviyyəsində və Aİ səviyyəsində müzakirə olunur. Biz Rusiya aktivlərinin ötürülməsi üçün bu hüquqi tənzimləməni yaratmağa çox yaxınıq", -deyə Kuleba qeyd edib.

“Rusiya aktivlərinin nə vaxt təhvil verilməsini gözləmək olar” sualına cavab verən nazir cavab verib ki, bu proses 2024-cü ildə baş verəcək.

Xəbər 2781 dəfə oxunub.



27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +