Qoz infarkt keçirmə riskini 46 faiz azaldır
26 yaşlı qız öz mənzilində döyülərək öldürülüb
Polkovnikin qətlində Nərmin Quliyeva şübhəli bilinir
DTX “Vaqner”çiləri saxladı... - Bakıda
Ukraynanın bərpasına 10 milyard avroluq dəstək...
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi rədd edildi
Azərbaycan XİN-dən Əbu-Dabi görüşü ilə bağlı... - Açıqlama
Məhbusların ailəsini söyən Toliklə bağlı qərar verildi
Ermənistan və Azərbaycanın ortaq düşməni: Kreml
Əbu-Dabi görüşü başa çatdı


20.11.2017  18:06 

“Onun köməyinə ehtiyacım yoxdur...” - Rasim Balayev danışdı





A+  A-

Xalq artisti Rasim Balayev bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaydığı açıqlamaya münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, məşhur aktyor “Qafqazinfo”ya bildirib ki, Şəfiqə Məmmədovanın və rəhbərlik etdiyi qurumun köməyinə ehtiyacı yoxdur:

“Onlarla heç bir əlaqəm yoxdur. Nə deyim? Deyirlər ki, səhhətimlə bağlı mənimlə əlaqə saxlanılıb. Belə bir şey yoxdur, mənə zəng vurmayıblar. Heç onlardan kömək gözləmirəm. Biri var gözləyəsən, kömək umasan. Daha doğrusu, Şəfiqə Məmmədovadan kömək ummuram…”

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının aktyorla bağlı yaydığı açıqlamasında qeyd olunurdu ki, qurumun rəhbəri Ş. Məmmədovanın göstərişi ilə xalq artisti ilə əlaqə saxlanılıb və onun vəziyyəti ilə maraqlanılıb.

Daha sonra Rasim Balayevin ayda 1300 manat prezident təqaüdü, 1000 manat şəxsi pensiya, xalq artisti adına görə 100 manat, orden və medallarına görə də müəyyən ödənişlər aldığı qeyd edilib.

Xəbər 3027 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.07.2025  13:20 

Hava ilə bağlı XƏBƏRDARLIQ


BÜTÜN XƏBƏRLƏR +