Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?
Kimlərə əsgərlikdən möhlət hüququ veriləcək?
65 yaşlı fəhlə faciəvi şəkildə öldü


20.11.2017  13:37 

Nazir müavinindən işbazlara XƏBƏRDARLIQ





A+  A-

Cəmiyyətdə istər-istəməz belə hallara rast gəlinir ki, bəzən ailədaxii münaqişələrdən əziyyət çəkən və özünü tam müdafiə edə bilməyən uşaqlar ailələrindən aralanaraq böyük şəhərlərə gedirlər və ayrı-ayrı işbazlar da onların əməyindən istifadə edir.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavini qeyd edib ki, qanunvericilikdə belə hallara yol verən işbazlara qarşı lazımi cəza tədbirlərinin görülməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, Azərbaycan az ölkələrdən biridir ki, onun hüquq-mühafizə orqanlarında azyaşlıların hüquqlarını qorumaq üçün xüsusi inspeksiyalar fəaliyyət göstərir: "Bu qurumlar tərəfindən azyaşlıların pis təsir altına düşməməsi, onların təhsil, idman, istirahət hüququnun mühafizəsi üçün lazımi işlər görülür".

Xəbər 2878 dəfə oxunub.




28.07.2025  12:27 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +