Ali rəhbər İran dövlətini Ermənistana qurban verir, yoxsa öldürür?!
Rus bölmələri bağlanmayacaq - Nazir
Diaspor rəhbərimiz Rusiyadan deport olundu
Vəkil “Atəşgah” sığortadan narazıdır
Rusiyada işləyən azərbaycanlı 10 gündür YOXA ÇIXIB
Qazanan sığortaçılar, sürünən sürücülər...
56 min müəllimin əmək haqqı artırılıb
Rusiyanı parçalamaq prosesi başladı
AP Gürcüstanda yeni seçkilər tələb edir
Kiyevə gecə hücumu: İki qadın həlak olub


18.10.2017  11:57 

Qanunsuz nişanı küçəyə kim vurub?





A+  A-

"Ekspert Ərşad Hüseynovun qanunsuz adlandırdığı yol nişanı təcili olaraq küçədən götürülüb".
Bu barədə “Qafqazinfo”ya məlumatı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov verib.

O bildirib ki, fakt mediada işıqlandırılan kimi dərhal araşdırmalara başlanılıb:

“Həmin ərazidə baxış keçirilib və fakt öz təsdiqini tapıb. Hazırda da aidiyyatı üzrə tədbirlər görülür. Qeyri-qanuni olduğuna görə nişan dərhal həmin ərazidən götürülüb və kim tərəfindən qoyulduğunu müəyyən etmək üçün kamera görüntüləri incələnir. Bu hadisə son bir neçə gün ərzində baş verib. Yəni, bu günlərdə kimsə bu nişanı özbaşına orada quraşdırıb”.

Polis polkovniki onu da vurğulayıb ki, bu kimi halların yaşanması yolverilməzdir və həmin şəxslər qanunvericilikdə nəzərdə tutulmuş formada məsuliyyətə cəlb olunurlar.

Xatırladaq ki, dünən ekspert Ərşad Hüseynov sosial şəbəkədə paytaxtın Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrində saysız-hesabsız çatışmazlıqların olduğunu və hətta qanunda olmayan nişanların yerləşdirildiyini yazmışdı.

Xəbər 3292 dəfə oxunub.




10.07.2025  10:35 

Neftin qiyməti 76 dolları keçdi

09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi


BÜTÜN XƏBƏRLƏR +