Həqiqi hərbi xidmətə çağırışla bağlı... - Sərəncam
Sobçakın da vergiyə külli miqdarda borcu var
“Toplum TV“nin əməkdaşları ilə bağlı ittiham aktı elan edildi
Telefonda danışacaqları saat bəlli oldu
Seçkidə qalib gəlsələr də... - Səs çoxluğu yoxdur
Cahangir Hacıyev 6 milyon manata yaxın pul qazanır
Terrorçulara qoşulan şəxslər Bakıya gətirildi - VİDEO
Kəmaləddin Heydərov rəisi təqaüdə göndərdi
Lavrov Ermənistana səfər edəcək
Pirəkəşküldə partlayış olacaq - Rəsmi


21.04.2017  13:22 

Bakıdakı İslam Oyunlarına xristianlar da gələcək





A+  A-

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində keçiriləcək. Bu oyun İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.
Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para atletika, Su idmanı növləri - Suyatullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Bakıda baş tutacaq İslam Oyunlarına xristian ölkələrindən təşrif buyuran qonaqların gəlməsi də maraq doğurur.

İslam Oyunları Komitəsindən bildirilib ki, xristian ölkələrindən Bakıda keçirilən oyunları izləmək üçün əcnəbi qonaqlar gələcək.

“İslam Oyunları ilə əlaqədar olaraq xristian ölkələrindən gələnlər olacaq. Konkret olaraq kimlərin qonaq qismində gəlməsinin statistikası oyunların sonunda bilinəcək. Bakı 2017 İslam Oyunlarının açılış və bağlanış mərasimlərində də xüsusi qonaqlar olacaq. Sadəcə, İslam Oyunları komitəsi olaraq bizdə dəqiq adlar yoxdur. Amma yüksək səviyyəli qonaqlarımız olacaq”.

Komitədən bildirilib ki, İslam Oyunlarına hansısa xristianın gəlməsinə qadağa yoxdur.
“Bakı İslam Oyunlarında iştirak etmək üçün hansısa xristian vətəndaşın gəlməsində hər hansı qadağa yoxdur. Kim istəsə yarışlara qatılıb izləyə bilər. Azərbaycan tolerant ölkədir. Dövlətlər arasında hansısa ayrı-seçkilik etmir. Ona görə də xristian, yaxud başqa dinin nümayəndəsinin yarışlara qatılıb izləməsində problem yoxdur”.
Məlumat üçün bildirək ki, Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Xatırladaq ki, İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri təyin edilib.

(modern.az)

Xəbər 2172 dəfə oxunub.




19.05.2025  13:08 

Sumqayıtda qazini maşın vurub

19.05.2025  12:38 

Lavrov Ermənistana səfər edəcək


BÜTÜN XƏBƏRLƏR +