“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


15.05.2023  14:29 

Türkiyə üçün amerikan modeli mümkündürmü?





A+  A-

1950-ci illərdən bəri Türkiyədə siyasi mübarizənin iki tərəfi olub: şərti olaraq menderesçilər və kemalistlər. Bu qütblər fərqli adlarla (Milli görüş-sağ mərkəz-mühafizəkar, sol mərkəz- liberal- dünyəvi və s) təşkilatlanıblar, fərqli partiyalar şəklində ortaya çıxıblar: birincilər- Demokrat, Ədalət, Milli Səlamət, Rifah, Səadət, AKP, ANAP və s.; ikincilər -CHP, DSP və s.

Bəzən bu bölgünün tarixini Sərbəst Firqə dövrünə, bəzən "İttihad və Tərəqqi" ilə "Əhrar" arasındakı çəkişmələrə qədər; bəzən də "xətti Hümayun"dan sonra Bab-Ali ilə Topqapı arasında ixtilaflar dövrünə qədər çəkib aparırlar.

Amma bu bölgü var, hələ ki Türkiyə siyasətinin bu gününü də, gələcəyini də əsasən bu bölgü müəyyən edir.

Türk millətçiliyi əsasən bu bölgüyə oturur və daha çox birinci xəttə yaxındır. Hərçənd hərdən sola meyillənməsi də olur( Türkşeşin Menderesə qarşı çıxması, indi də Meral Akşenerin anti AKP düşərgəsində yer alması kimi). Lakin bu, daha çox şəxsi motiv zəminindədir, kəskin ideoloji ayrılma yoxdur.

Bölgüdə istisna, etnik azlıq elektoratının və radikal solun təşkilatlarıdır( HDP, TİP kimi). Hərçənd bu təşkilatlar da 70-ci illərdən etibarən tez-tez CHP çətirinə sığına bilirlər.
Əgər mövcud siyasi təşkilatlar varlıqlarını hifz edə bilsələr, müəyyən zamandan sonra amerikan sistemi partiyalı demokratiyanın(faktiki ikipartiyalı sistemin) Türkiyədə də oturuşmasını təsbit etmək mümkün olacaq....

Cəmaləddin Quliyev

Xəbər 1067 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +