Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


22.07.2023  11:32 

Keçmiş hakim prokurorun 200 minini necə ələ keçirib?





A+  A-

Keçmiş hakim Həsən Əliyevlə prokuror Mirələkbər Seyidov arasındakı məhkəmə çəkişməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, M.Seyidov külli miqdarda dələduzluqda təqsirli bilinib. Lakin məhkəmə dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.

Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub. Belə ki, prokuror ona 8 il həbs cəzası istəmişdi.

İttihama görə, Mirələkbər Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə Həsən Əliyevə onun məhkəmə sədri təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verərək ondan 200 min dollar pul alıb.

M.Ələkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

İstintaq dövründə dəymiş ziyan tam ödənilib, tərəflər arasında barışıq əldə olunub.

Xatırladaq ki, Mirələkbər Seyidov və zərərçəkmiş Həsən Əliyev əvvəllər dələduzluq əməllərinə görə məhkum ediliblər. H.Əliyev 2015-ci ildə hakimlikdən azad olunub./“Qafqazinfo”

Xəbər 2613 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +