Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


17.05.2022  11:49 

Bu müəllimlər işdən azad ediləcək - VİDEO





A+  A-

Bu il orta ümumtəhsil məktəblərindəvə ali təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin sertifikasiyasına başlanacaq. Prosestest imtahanları və müsahibə mərhələlərindən ibarət olacaq. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva deyir ki, sertifikasiyanın əsas məqsədi müəllimlərin peşəkar inkişaf səviyyəsinin yoxlanmasıdır.

Tükəzban Quliyeva bildirir ki, keçid balını toplamayan və ya üzürlü səbəblərdən imtahanda iştirak etməyən şəxslər 1 il sonra yenidən imtahan verməli olacaqlar. Ancaq növbəti dəfə uğur qazanmadıqda, həmin müəllimlər işdən kənarlaşıdırılacaqlar.

Sertifikasiya imtahanlarının keçirilməsi ilə bağlı qərar isə müəllimlər tərəfindən birmənalı qarşılanmır.

Təhsil üzrə ekspert Elşən Qafarov deyir ki, bu günə qədər müəlimlərin diaqnostik qiymətləndirilməsi keçirilib, ancaq bu, müəllim peşəkarlığını yoxlamaq məqsədi daşımayıb. Sertifikasiya isə özlüyündə onların peşə bacarıqlarının səviyyəsini ortaya çıxaracaq. Bununla belə, Ekspert prosesdə ciddi çatışmazlıqların olacağını istisna etmir.

Ekspertin sözlərinə görə,imtahanlarda uğur qazanmayan müəllimlərin əmək müaviləsinə xitam verilməsi həmin şəxslərin sosial və psixoloji durumlarına ciddi təsir edəcək. Elşən Qafarov həmçinin deyir ki, sertifikasiyadan keçə bilməmək həmin şəxslərin diplomlarının qüvvədən düşməsi anlamına gəlmir. Yəni işdən azad edilənlər yenidən Müəllimlərin İşə Qəbulu İmtahanlarında və ya digər sahələrdə özlərini sınaya biləcəklər. Ekspert onu da qeyd edir ki, sertifikasiyanın yekununda 30 faiz müəllimin işsiz qalacağı ehtimal olunur.



Xəbər 7538 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +