Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


02.11.2021  12:24 

Diplomun tanınması üçün 81 nəfərin müraciətinə mənfi cavab verildi





A+  A-

Oktyabr ayı üçün xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

Təhsildə Keyfiyyat Təminatı Agentliyindən XezerNews.az-a verilən məlumata görə, ötən ay üzrə 338 müraciətçinin 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edililib.

Qeyd olunub ki, 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 20, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 95, Rusiya Federasiyasından 89, Ukraynadan 87, Gürcüstandan 19, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 8, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslar isə, iqtisadiyyat üzrə 44, hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.

Xəbər 2985 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +