“Mehdiyevçilikdən” “antimehdiyevçiliyə” keçidin Əli İnsanov düsturu...
Vanqanın dəhşətli proqnozları
Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var


12.08.2021  11:43 

“Minatəmizləyənlərə güzəştli ipoteka hüququ verilsin”





A+  A-

İqtisadçı deputat Vüqar Bayramov Minatəmizləmə Agentliyinin (ANAMA) işinin gücləndirilməsi fonunda minatəmizləyənlərə xüsusi güzəştlərdən istifadə hüququnun verilməsini təklif edib.
XəzərNews.az xəbər verir ki, V. Bayramovun sözlərinə görə, mənzil təminatının yaxşılaşdırılması üçün minatəmizləyənlərə də sosial ipotekadan istifadə hüququnun verilməsi məqəsədəuyğundur: “Belə ki, güzəştli ipotekadan istifadə etmək hüququ minatəmizləyənlərin aşağı faizli kreditlərlə ev almasına imkan yarada bilər.

İkincisi, Əmək pensiyaları haqqında Qanunun 9-cu maddəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən minatəmizləyənlərə də güzəştli, yəni daha tez pensiyaya çıxmaq hüququnun verilməsini təklif edirik. İş şəraitini və risk dərəcəsini nəzərə aldıqda minatəmizləyənlərə daha tez pensiya yaş hüququnun verilməsi məqsədəuğun olardı.

Üçüncüsü, ANAMA-nın uzun müddət çalışan əməkdaşlarının pensiya kapitalı məbləğinə yenidən baxılması və 22 faizlik sosial sığorta güzəştinin nəzərə alınaraq vəsaitin hesablanmasına ehtiyac var. Belə ki, uzun müddət həmin işçilər üçün 22 faizlik sosial sığorta güzəştinin tətbiq olunması səbəbindən onların pensiya kapitalı məbləği yüksək olmayıb.

Dördüncüsü, maliyyə imkaları artdıqca ANAMA əməkdaşlarının əmək haqqlarında artırmların davam etdirilməsi vacibdir. Bu minatəmizləyənlərin sosial müdafiəsinin daha da gücləndirilməsi baxımdan əhəmiyyətlidir.

Bütövlükdə, növbəti illərdə ANAMA əməkdaşlarının şərəfli fəaliyyəti daha da genişlənəcək. İşğaldan azad olunan torpaqlarımızın daha tez məskunlaşılmasında da minatəmizləyənlərin xüsusi töhvəsi olacaq”.

Xəbər 3621 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +