Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


31.07.2025  15:26 

Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT





A+  A-

Xankəndidə yerləşən erməniəsilli rusiyalı rəssam İvan (Ovanes) Ayvazovskinin abidəsi sökülüb. Bu barədə ilk olaraq erməni mediası məlumat yayıb.

Ayvazovskinin büstü 2021-ci ilin dekabrında separatçı rejimin nümayəndələri və Rusiya sülhməramlılarının təşəbbüsü ilə “Rusiya Şöhrət Xiyabanı” adlı qanunsuz layihə çərçivəsində Xankəndidə yerləşdirilmişdi. Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin mandatına zidd olan bu qanunsuz abidənin sökülməsi heç kimə təəccüblü gəlməməlidir.

XəzərNews.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, abidənin sökülməsi ilə bağlı xəbər təkcə erməni mənbələrində deyil, həm də Rusiyanın aparıcı media qurumlarında yayılıb. Lakin diqqətçəkən məqam odur ki, TASS, RİA Novosti, “Kommersant”, RBK, "İzvestiya" “Gazeta.ru” kimi nüfuzlu Rusiya KİV-ləri bu hadisə barədə məlumat verərkən Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini açıq şəkildə pozan ifadələrdən istifadə ediblər.

Belə ki, xəbərlərdə Xankəndi şəhəri “Stepanakert” adlandırılıb, eləcə də Azərbaycanın artıq hüquqi və siyasi baxımdan ləğv edilmiş “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinə istinadlar yer alıb. Bu cür terminologiya təkcə jurnalistik etikaya deyil, eyni zamanda beynəlxalq hüquqa və Moskva Bəyannaməsi kimi ikitərəfli razılaşmalara ziddir.

Dövlətə məxsus və Kremlə yaxın Rusiya informasiya agentliklərinin Azərbaycanın suveren ərazisindəki şəhərlərə qondarma adlarla istinad etməsi heç bir halda təsadüfi sayıla bilməz. Bu addım ya redaksiya səviyyəsində sistematik qərəzin, ya da siyasi manipulyasiya cəhdinin göstəricisidir.

2020-ci ildə 44 günlük müharibədən sonra regionda yeni reallıqlar formalaşıb. Bu reallıqlardan biri də "Dağlıq Qarabağ" adının hüquqi olaraq tarixə qovuşmasıdır. Azərbaycan ərazisində belə bir status və ərazi vahidi MÖVCUD DEYİL. Xankəndi, Xocalı, Əsgəran və digər şəhər və qəsəbələr Qarabağ iqtisadi rayonunun tərkib hissəsi kimi Azərbaycanın tam suveren idarəçiliyindədir.

Rusiya KİV-lərinin bu reallığı görməzdən gəlməsi, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş terminlərdən israrla istifadə etməsi heç bir hüquqi normaya uyğun gəlmir.



Xəbər 680 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +