Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


06.06.2023  09:25 

Polisə müqavimət göstərdi, ayağından vuruldu





A+  A-

Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İmdad Abdullayev və Tural Həsənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Bərdə RPŞ-yə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilib. Onlar saxlanılarkən İ.Abdullayev üzərində gəzdirdiyi bıçaqla polis əməkdaşlarına müqavimət göstərib.

XəzərNews.az DİN-ə istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən həyat və sağlamlıq üçün real təhlükə yarandığından xidməti tabel silahı tətbiq edilib. Onlardan biri ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib, digəri isə saxlanılıb.

Onlara məxsus çantadan ümumi çəkisi 5 kq 140 qr narkotik maddə olan heroin, 300 qram marixuna və bir ədəd bıçaq götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.

Xəbər 1156 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +