Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


04.05.2023  10:53 

Bu dəfə dənizdən narkotika keçirmək istədilər





A+  A-

Mayın 3-də saat 12:50-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi tərəfindən Xəzər dənizində İran İslam Respublikasından orta klassik xətti keçərək şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar edilmiş və texniki nəzarətə götürülüb.

XəzərNews.az Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadla xəbər verir ki, Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.

Astara reydində olan Sahil Mühafizəsinin gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularında sahildən 12 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış bir ədəd kisə aşkar edilib.

Kisəyə baxış zamanı ümumi çəkisi 6 kiloqram 630 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Xəbər 1164 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +