Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video
Trampdan İrana zərbə... - Fars körfəzinin adı dəyişir
Hindistan diplomatı Pakistan XİN-ə çağırılıb
Hacıqabulda bəzi əraziləri su basıb
Sabiq deputat YAP-çı oldu


11.09.2020  09:03 

Zaxarovanın paylaşımına görə Putin üzr istədi





A+  A-

Serbiya Prezidenti Aleksandr Vuçiç dövlət televizyasına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin və Xarici işlər naziri Sergey Lavrovun ondan üzr istədiklərini açıqlayıb.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Putinlə Lavrov Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Vuçiçin Vaşinqton səfəri haqda paylaşımına görə üzrxahlıq ediblər.

“Bundan əvvəl nə Vladimir Putin, nə də Sergey Lavrov məndən heç vaxt üzr istəməyiblər. Ancaq bu məsələyə görə hər ikisi üzr istədi. Tərbiyəli bir insan kimi mən ümumiyyətlə paylaşımı xatırlamaz və bu haqda danışmazdım. Düşünürəm ki, bizim yaxşı əlaqələrimiz var və baş verən hadisə mənim üçün keçici, əhəmiyyətsiz bir şeydir”, - deyə Vuçiç bildirib.

Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Putinlə Lavrovun üzr istəməsi faktını təsdiqləyib.

Xatırladaq ki, Zaxarova Vuçiçin ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşdə Amerika liderinin yanında stulda əyləşməsini görüntələyən foto ilə məşhur “Əsas instinkt” filmindən Şeron Stounun ayağını ayağının üstünə qoyduğu kadrdan fotonu kollaj edərək belə şərh vermişdi: “Əgər sizi Ağ Evə çağırıb stulu bu cür sorğuya çəkirmişcəsinə qoyurlarsa, kim olmağınızdan asılı olmayaraq 2-ci şəkildəki kimi əyləşin, sadəcə inanın”.

Mariya Zaxarova isə daha sonra üzr istəyərək paylaşımın səhv anlaşıldığını bildirmişdi.

Xəbər 2372 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +