Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


24.08.2020  13:08 

Mebel sexində usta yıxılıb öldü





A+  A-

Avqustun 21-də saat 17 radələrində Abşeron rayonu ərazisində yerləşən “ABBA PLUS” MMC-yə məxsus mebel istehsal sexində usta işləyən Nazim Hüseynovun iş zamanı nərdivandan yıxılaraq hadisə yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğunudan XəzərNews.az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 2214 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +