Hikmət Hacıyev MEDİA Agentliyində görüş keçirdi
Sulutəpə kanalizasiya suları içində batır
Rusiya Nikolay Valuyevin qisasını alır?
“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq


05.03.2017  11:27 

İcra başçısı müavininin əri sərxoş halda qəza törətdi





A+  A-

Bu gün axşam saatlarında Neftçala şəhəri Nizami küçəsindəki lombardın qarşısında dayanmış 90-SK-242 dövlət nömrə nişanlı,rayon sakini Abasqulu Hümmətova məxsus “VAZ 21011” markalı avtomaşına arxadan “Kia Sportages” markalı avtomaşın çırpılıb.
XəzərNews.az-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində “011”ə xeyli ziyan dəysə də, “Kia Sportages” markalı avtomaşın qəza yerində dayanmayaraq uzaqlaşıb.

Sonradan hadisə yerinə gəlmiş yol polisi əməkdaşları tərəfindən qəza yerində düşmüş 99-XA-599 dövlət nömrə nişanına əsasən müəyyən olunub ki, həmin avtomaşın Neftçala rayon sakini Abı Sadıqova məxsusdur. Abı Sadıqov avtomaşını sərxoş vəziyyətdə idarə edirmiş.

Qeyd edək ki, qəza törətmiş şəxs Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın həyat yoldaşıdır.

Faktla bağlı Neftçala Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

Xəbər 3075 dəfə oxunub.



05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +