Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


11.01.2024  17:28 

“Qarabağ” avrokuboklarda nə qədər qazanıb?





A+  A-

"Qarabağ”ın 2023/24 mövsümündə avrokuboklarda qazancı müəyyənləşib.

Azərbaycan çempionu indiyə qədər 9 milyon 582 min avro gəlir əldə edib.

Bunun yalnız 200 mini UEFA Çempionlar Liqasının təsnifat mərhələsində qazanılıb. Qalan məbləğ UEFA Avropa Liqasındakı çıxışdan əldə edilib. İkinci dərəcəli klub turnirinin qrup mərhələsinə adlamaq 3 milyon 630 min avro qazanca səbəb olub. Son 10 ildə avrokuboklardakı reytinqinə görə isə daha 2 milyon 376 min avro klubun büdcəsinə köçürülüb.

Qrupda ikinci yeri tutmaq "Qarabağ”a 550 min, pley-offa yüksəlmək isə 500 min avro qazandırıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Avropa Liqasında 1/8 finala yüksələrsə, daha 1,2 milyon avro gəlir əldə edəcək. Ağdamlılar bunun üçün pley-offda Portuqaliyanın "Braqa” klubunu üstələməlidirlər. Azərbaycan çempionu turnirin qalibi olarsa, mövsümlük qazancı 23 milyon 982 min avro təşkil edəcək.

Qeyd edək ki, "Qarabağ” "Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.//report.az

Xəbər 4253 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +