Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


19.04.2023  14:07 

“Deputatlar həmin qanunu qəbul edəndə yuxuda olublar” - Ekspert





A+  A-

“Bizim qanunvericilikdə çox gülməli məqamlar var. O vaxt deputatlar həmin qanunu qəbul edəndə yəqin ki, yuxuda olublar. Deməli, İnzibati Xətalar Məcəlləsində dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya nömrənin pozulması, silinməsi, yaxşı görünməməsi kimi əmələ görə 60 manat 4 bal cərimə nəzərdə tutulur. Ancaq nömrənin üzərinə hər hansı örtük çəkməklə görünüşü məhdudlaşdırmaq 500 manatdan 800 manata cərimə deməkdir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı çıxış edib.

E.Muradlı bildirib ki, onda belə çıxır ki, sürücü nömrənin üstünə parça atıb 800 manat cərimə olunmaqdansa elə nömrələri çıxardıb baqaja atıb 60 manat 4 ballıq cərimə ilə məsələni həll edə bilər:

Məncə, deputatlar bu qanunu hansı ölkənin qanunundan çırpışdırıblar. Yəqin ki, tərcümədə nəyisə düz yazmayıblar. Ya da maddələrdə sanksiya, yəni cərimə hissəsi səhv düşüb. Çünki belə baxanda nömrəni çıxardıb nömrəsiz maşın sürmək nömrənin üstünə əski parçası atmaqdan daha ağır əməldir. Ya da nömrənin üzərindən dövlət bayrağını silmək daha ağır əməldir, nəinki nömrənin üzərinə rəng vurub hansısa rəqəmi və ya hərfi qaralatmaq. Odur ki, bu məsələyə yenidən baxmaq lazımdır”.





Xəbər 2610 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +