Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


08.02.2022  18:02 

“Kalaşnikov”u 5000 manata satanda tutuldu - Video





A+  A-

Bakıda 5000 manata “Kalaşnikov” markalı avtomat satmaq istəyən şəxs saxlanılıb.

XəzərNews.az DİN Mətbuat xidmətinə istinadən xəbər verir ki, Neftçala rayon sakini, əvvəllər məhkum edilmiş Cahid Bağırovda silah olması və satmaq istəməsi barədə məlumat daxil olub.

Həmin şəxs odlu silahı 5000 manata satmaq istəyən zaman Yasamal RPİ əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilərək götürülüb. Cahid Bağırov odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Araşdırma zamanı onun Yasamal rayonunda evlərdən birindən təmir-tikinti aləti oğurladığı da müəyyən edilib.

Digər əməliyyatlar zamanı isə narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul Fərid Ayvazov və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Xəqan Yusupov saxlanılıblar. Bu şəxslərin üzərindən heroin və metamfetamin aşkar edilib.

Əməliyyatlar zamanı saxlanılan hər 3 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.



Xəbər 3255 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +