Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


04.02.2022  15:36 

Gəncədə daha bir biabırçılıq: Küçə itləri kütləvi şəkildə güllələnir... - Video





A+  A-

Gəncədə küçə itlərinin kütləvi şəkildə güllələnərək zibil poliqonuna atıldığı, daha sonra isə diri-diri basdırıldığı iddia edilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakupost.az -a “Azərbaycan Heyvanların Mühafizəsi” İctimai Birliyindən məlumat verilib.

İB-nin sədr müavini Fərid Mansurov saytımıza dediklərini təsdiq edən videolar göndərib və hadisənin bu gün səhər baş verdiyini deyib:

“Bu kimi güllələnmə hadisələri Gəncədə tez-tez qeydə alınır. Lakin bu gün səhər saatlarında itlərin kütləvi qətliamı olub. Özü də bunu gündüz ediblər, uşaqların gözünün qabağında olmuş hadisədir. Daha sonra itləri yığıb aparıb zibil poliqonu deyilən əraziyə atıblar.

Əraziyə traktorlar cəlb olunub. Traktorlar itlərin üzərindən keçə-keçə onları kütləvi şəkildə basdırıblar. İtlərin arasında yaralı olsa da, hələ yaşayanları da olub.

Həmin məkana Gəncədə olan heyvansevərlər çatıblar, torpağı qazıb diri itləri çıxarmağa cəhd ediblər. Lakin onlara imkan verməyiblər. İtlər torpağın altında işgəncə ilə can veriblər”.

O, bu qətliamı yerli icra orqanlarının və bələdiyyələrin etdiyini iddia edir.

Bakupost.az məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-dən bildirilib ki, məsələ araşdırılır: “Araşdırma bitdikdən sonra ictimaiyyətə açıqlama veriləcək”.



Xəbər 3099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +