Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu


02.12.2021  00:01 

İsveçli hücumçu Tanrıya və axirətə inanmır...





A+  A-

"Mən qarışıq isveçliyəm. Anam xorvatiyalı katolik, atam isə bosniya və herseqovinalı müsəlmandır. Həyatımın böyük hissəsini İtaliyada keçirmişəm".

Bu fikirləri İtaliya "Milan"ının futbolçusu Zlatan İbrahimoviç dini inancları barədə "Corriere dello Sport"a müsahibəsində deyib.

İsveçli hücumçu Tanrıya və axirətə inanmadığını bildirib: "Yalnız özümə inanıram. Bu, həyatdır. Öləndə ölüsən. Heç bilmirəm dəfn mərasimi və məzar istəyirəm, ya yox. Axı, məni sevənlər həmin vaxt əziyyət çəkəcəklər. Xurafat da mənlik deyil. "Uğurlar" sözü xoşuma gəlmir, mənə lazım deyil. Çünki nəyin necə ediləcəyinə özüm qərar verirəm".

Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində "Milan"la yanaşı, Niderlandda "Ayaks", İtaliyada "Yuventus" və "İnter", İspaniyada "Barselona", Fransada PSJ və İngiltərədə "Mançester Yunayted" kimi komandaların da formasını geyinib./"Report"

Xəbər 3189 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +