Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


05.10.2021  19:32 

Deputat Şeyxin müdafiəsinə qalxdı: “Bu xalqa xidmət deyil”





A+  A-

“Şeyxülislam Allahşükür Paşazadənin hədəf alınması, təhqir olunması və gözdən salınma kampaniyası Azərbaycana, xalqa xidmət deyil, əksinə dövlətçiliyə vurulan zərbədir”.

XəzərNews xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev bildirib.

R.Nurullayev qeyd edib ki, ölkənin dini rəhbərinə bu cür münasibət göstərmək ölkəmizi hörmətdən salmaqdır, xalqımızın dilini gödək etməkdir: “İran Azərbaycana dişini qıcayıb, ağlına və ağzına gələni danışırsa, bunun Şeyxülislama nə dəxli var? İran danışır, cavabını da alır”.

Millət vəkili əlavə edib ki, Qafqazın Şeyxülislamı hər kəsə qoşulub İrana hücum etməli deyil axı: “Yeri gəldikcə sözünü deyib və deyir. Şeyx Azərbaycanın müsəlman dünyasına bir körpüsüdür. Niyə hesab edirsiniz ki, ya biz, ya da Şeyx özü o körpünü yandırmalıdır? Bəs sonra hansı körpü ilə keçib yeni münasibətlər yaradacağıq?

Heç bir ölkədə öz dini rəhbərinə bu qədər qərəz yoxdur. Bunu edənlər ölkəyə, dövlətə qarşı düşmənçilik aparır.

Şeyx ölkəmiz üçün, barış üçün, müstəqillik üçün çox iş görüb. Şeyxin bir günlük işini, xidmətini ömürləri uzunu edə bilməyənlər xeyli insan ona çamur atır. Ölkəni biabır etməyin, dünyanı özünüzə güldürməyin”.





Xəbər 3008 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +