Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


17.09.2021  11:57 

Qurbanovun addımına görə “Qarabağ” cəzalanacaq?





A+  A-

Xəbər verdiyimiz kimi, UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” – “Bazel” oyunundan sonra baş məşqçi Qurban Qurbanov mətbuat konfransında masadakı pivə şüşələrinin götürülməsini istəyib.
XəzərNews.az xəbər verir ki, onun istəyi yerinə yetirilib.

Lakin bildiyimiz kimi, UEFA qurumun sponsorlarının reklamına aid əşyaların masalardan avrokubok oyunları zamanı yığışdırılmasını qadağan edib. Qurbanovun addımından sonra “Qarabağ”ın cəzalanacağı düşünülür.

Amma UEFA-nın qaydalarında istisna hallar mövcuddur. Belə ki, qurumun qərarlarına əsasən dini inanclara görə sponsorlara qarşı hər hansı addım atılırsa, buna görə klub cəzalanmayacaq.

Bunu klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də saytımıza açıqlamasında təsdiq edib. O bildirib ki, “Qarabağ” buna görə cəza almayacaq.

Xəbər 4027 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +